Məşhur futbolçu qəzada öldü

Məşhur futbolçu qəzada öldü
1025 dəfə oxunub
  • A-
  • A
  • A+

Xorvatiya millisinin sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.

Axşam.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. 

Qeyd edək ki, Nikola Pokrivaç  Zaqreb "Dinamo"su, “Zalsburq”, "Monako", "Riyeka", "Şaxtyor" (Qazaxıstan), "Slaven" kimi klublarda da çıxış edib.