Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barım xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, ürək və damar xəstəliklərindən əziyyət çəkən menecerin həbs olunmazdan əvvəl əməliyyat etdirməyə hazırlaşdığı ortaya çıxıb.
Məsələ ilə bağlı aktrisalar Serenay Sarıkaya, Ezgi Mola, Birce Akalay paylaşım edərək onun sərbəst buraxılmasını tələb ediblər.
Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım həbs olunub.