"Köhnə söhbətə qayıtmaq tərbiyəsizlikdir"

"Köhnə söhbətə qayıtmaq tərbiyəsizlikdir"
770 dəfə oxunub
  • A-
  • A
  • A+

"Əgər mən səninlə savaşdımsa, sözümü sənə dedimsə, başa sala bildimsə, ondan sonra köhnə söhbətə qayıtmaq tərbiyəsizlikdir. Bitdi, qurtardı... Məni qalmaqalın içinə salırlar. Bir dənə qalmaqal göstərin ki, kiməsə mən sataşım".

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Afaqla 10lar" verilişində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə qalmaqalından danışıb. Şair Fatimə ilə barışıb-barışmayacağı haqda suala belə reaksiya verib:

"Mənə ilişirlər, mən yazıq nə edim. Elə bil ki, qapını açırsan üstünə bir vedrə su tökürlər. Buna cavab olaraq sən nə etməlisən? Bunun qarşılığında adamı tutub opməlisən? O vedrəni onun başına keçirtməlisən. Bir yərə qədər səssiz qalırsan. Əgər mən kiminləsə savaşmışamsa, demək, o neçənci dəfə olan səbrin bəhrəsidir".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.