"Bir zamanlar İstanbul" serialında rol alacaq daha 2 aktrisanın adı açıqlanıb.
Axşam.az xəbər verir ki, ekran işində Tuğba Melis Türk və Gizem Yanık da çəkiləcək. Onlar "Çiğdem" və "Aygül" obrazlarına həyat verəcəklər.
Qeyd edək ki, sözügedən serialın baş rollarını Cihangir Ceyhan və Alina Boz canlandırır.
Gizem son olaraq "Yalı çapkını", "Kızılcık şerbeti" seriallarında rol alıb.