İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi
907 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Axşam.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. Töhrablı bu təyinatadək Şəki şəhər Uşaq İncəsənət məktəbində Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, ixtisasca musiqi müəllimidir.