59 yaşlı aktrisa Mayli Sayrusun atası ilə sevgilidir - Foto

59 yaşlı aktrisa Mayli Sayrusun atası ilə sevgilidir - Foto
613 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli aktrisa və modelyer Elizabet Hörli amerikalı həmkarı Mayli Sayrusun atası Billi Rey Sayrusla sevgilidir.

Axşam.az xəbər verir ki, 59 yaşlı aktrisa haqlarında çıxan iddiaları təsdiqləyib. Elizabet birgə fotolarını sosial media hesabında yayımlayıb.

Qeyd edək ki, cütlük 2022-ci ildə "Cənnətdə Milad" filminin çəkiliş meydançasında tanış olublar. Lakin həmin vaxt Billi Rey hələ 28 il birlikdə olduğu Tiş Sayrusla rəsmi nikahda idi. Onların dörd övladı var. 2023-cü ilin oktyabrında, Tişdən boşandıqdan bir neçə ay sonra müğənni özündən 26 yaş kiçik avstraliyalı müğənni Fairuzla evlənib. Lakin 7 ay sonra ayrılıblar.