Kirkorovdan da çox qonorar tələb edir

Kirkorovdan da çox qonorar tələb edir
590 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Valeri Leontyevin konsert qonorarı bəlli olub.

Axşam.az xəbər verir ki, ifaçı özəl konsert vermək üçün 15 milyon rubl (314 min manat) tələb edir. Buraya məbləğə texniki və digər rayderi üçün lazım olan əlavə xərclər daxil deyil.  

Qeyd olunur ki, Leontyevin qazancı Rusiyada ən yüksək qonorardır. O, hər konsertdən 10-12 milyon (209-250 min manat) rubl əldə edən Rusiyanın Xalq artisti Filip Kirkorovu da geridə qoyub.

Leontyev Rusiyaya gəldikdə dəbdəbəli mənzillərdə qalmaq və  premium avtomobillə şəhəri gəzmək istəyir. Bundan əlavə, müğənniyə mühafizəçi də lazımdır. Onun tələbləri arasına bir şüşə bahalı skotç viskisi və soyuq məzələr daxildir.