52 gün ruhi dispanserdə qaldığını etiraf etdi

52 gün ruhi dispanserdə qaldığını etiraf etdi
762 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli komediya ustası Okan Karacan mədəkiçiltmə əməliyyatından sonra yaşadığı çətinliklərdən danışıb.

Axşam.az xəbər verir ki, keçmiş həyat yoldaşı Zeynep Kadıoğludan boşandıqdan sonra səhhətində problemlər yaşadığını deyib:

"Ayrılmaq istəmədim. Həyat yoldaşım ayrılmağın tərəfdarı idi. O, israr etməyə başladı və ayrıldıq. Asanlıqla dözüləcək insan deyiləm. Həmişə lider, dominantam. 52 gün Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında müalicə aldım. 52 gün ərzində telefon, kompüter yox idi. Həyatımın ən maraqlı dostluqlarını yaşadım. Günlük 6 min lirə ödədim, yemək də daxil bütün xərcləri özüm qarşıladım".