Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktrisa Afra Saraçoğlunun "Qalatasaray"ın baş məşqçisi Okan Burukla münasibətdə olduğu iddia edilib.
Axşam.az-ın məlumatına görə, aktrisa bununla bağlı ona ünvanlanan sualları cavablayıb. O, şayiələrin əsassız olduğunu deyib:
"Çıxan xəbərlər haqda məlumatım yoxdur. Nəsə varsa da, onu sizlər uydurmusunuz. Belə bir şey yoxdur".
Qeyd edək ki, son olaraq "Yalı çapkını" serialında rol alan Afra bundan əvvəl Mert Ramazan Demir və Mert Yazıcıoğlu ilə sevgili olub.