Türkiyəli aktyor, şair Yavuz Çetin vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 65 yaşında dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Yavuz "Siccin 2", "Siccin 3: Cürmü aşk", "İki dünya arasında", "Sakarya Fırat", "Kuzey ruzgarı", "Kurtlar Vadisi Pusu","Kaybolan yıllar", "Acı hayat", "Şubat soğuğu", "Yabancı damat", "Kurtlar Vadisi" adlı ekran işlərində rol alıb.
