Keçmiş Türkiyə milli futbolçusu və məşqçisi Bülent Uyquna ağır itki üz verib.
Axşam.az xəbər verir ki, keçmiş idmançının 28 yaşlı qızı Almina Tude Uyqun vəfat edib.
Almina uşaqlıqdan 2-ci tip şəkərli diabet xəstəliyindən müalicə alırdı. Son zamanlar vəziyyəti pisləşən qızın müalicəsi reanimasiyada davam etdirilirdi.