"Yerin heç vaxt dolmayacaq"

"Yerin heç vaxt dolmayacaq"
1148 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nurlan Əzizbəyli əmisi, Xalq artisti Ramiz Əzizbəyli ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Axşam.az xəbər verir ki, o, mərhum aktyoru ildönümündə bu sözlərlə yad edib:

"Yeri heç vaxt dolmayacaq sənətkar əmim. Bu gün artıq 4 il oldu aramızda yoxsan. Allah sənə qəni-qəni rəhmət eləsin, ruhun şad, məkanın cənnət olsun!".

Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.