Səbinə Allahverdiyeva “Bu gün ne giysem”in təşkilatçılarını saxtakarlıqda ittiham etdi

Səbinə Allahverdiyeva “Bu gün ne giysem”in təşkilatçılarını saxtakarlıqda ittiham etdi
4858 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə keçirilən “Bu gün ne giysem?” müsabiqəsində iştirak edən azərbaycanlı model Səbinə Allahverdiyeva yarışma ilə bağlı təəssüratlarını ilk dəfə axşam.az saytı ilə bölüşüb.

Müsabiqədə saxtakarlığa yol verildiyini deyən Səbinə münsiflərin iştirakçıları aldatmasından danışıb:

"Orada bütün iştirakçılar mənə qarşı idi. Heç biri məni danışdırmırdı. Hamısı paxıllığımı çəkirdi. Çünki münsiflər həmişə geyimimi tərifləyirdilər. Hətta final gecəsində də çox özəl bir libas hazırlamışdım. Mən qalib olacağıma inanırdım. Əslində bütün iştirakçıları aldatdılar ki, guya seçim sms vasitəsilə keçiriləcək. Amma heç bir səsvermə yox idi. Əgər düzgünlük olsaydı, mən səsvermədə birinci yerdə olardım. Amma orada da tapşırıq var idi. Kimin böyük vəzifədə adamı var idisə, o da qalib oldu".
 
- Birinci yeri yaşlı bir qadının qazanmasına səbəb nə idi?

- O qadın sənətçi olub. Özü də cümhuriyyətçi idi və dövlət tərəfindən tapşırılmışdı. Hətta ikinci yeri tutan qız da atasının hesabına seçildi. Əslində münsiflər bizə şərt qoymuşdular ki, heç bir modelyerlə işləmək olmaz. Bütün geyimləri özümüz təşkil etməliydik. Amma ikinci yer tutan maskalı iştirakçı həm stilistlə, həm də modelyerlə işləyirdi. Münsiflər bunu bilsələr də, göz yumdular. Çünki onun atası tanınmış iş adamı idi. Bütün gənc qızların zəhmətini heçə endirdilər.

- Belə başa düşdük ki, təşkilatçılıqdan heç razı qalmamısan...

- Bəli. Qalib üçün müəyyən olunmuş 100 min lirə də sahibinə çatmadı. Heç ötən il birinci olan iştirakçının pulu ödənilməyib. Bütün təşkilatçı işlər zəif idi. Gecə yarısına kimi studiyada məşq edirdik. Söz vermişdilər ki, hər məşqdən sonra iştirakçıları evlərinə aparacaqlar. Amma avtobus gətirib, yarı yolda düşürürdü. Onlar verdikləri heç bir sözə əməl etmədilər.