Bryus Uillis danışa və gəzə bilmir

Bryus Uillis danışa və gəzə bilmir
1683 dəfə oxunub
  • A-
  • A
  • A+

Demensiyadan (əqli qabiliyyətin pisləşməsi) əziyyət çəkəna amerikalı aktyor Bryus Uillis danışmaq və hərəkət etmək qabiliyyətini tamamilə itirib.

Axşam.az xəbər verir ki, bu barədə “The Express Tribune” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, 70 yaşlı aktyor ağır hərəkət qüsurlarından əziyyət çəkir, artıq danışmır, gəzmir və oxuya bilmir.

Qeyd edək ki, 2022-ci ilin aprelində Brüs Uillis nitq pozğunluğuna görə aktyorluqdan getdiyini elan edib.