Türkiyəli aktyor Burak Özçivit həyat yoldaşı Fahriyə Evcenlə haqlarında gəzən şayiələrə üsyan edib.
Axşam.az xəbər verir ki, aktyor xarici ölkəyə köçmək üçün lüks avtomobillərini və mülklərini zərərinə də olsa, satmasına, çıxan saysız-hesabsız boşanma iddilarına bu dəfə sərt reaksiya verib:
"Yalanlardan bezmişik. Xahiş edirəm, bu gülməli mövzuları gündəmə gətirməyin. Gözəl şeylərdən danışaq".
Fahriyə də onun fikirlərini təsdiqləyərək çıxan xəbərlərə "Yox, daha nələr?" deyə qarşılıq verib.
Qeyd edək ki, Burak və Fahriyə cütlüyünün 2 oğul övladı var. Türk mediasında tez-tez cütlüyün boşanacağını iddia edən yazılar dərc olunur. Həmçinin cütlüyün Türkiyədən köçərək Londonda yaşayacağı da iddia edilib.