Rekord məbləğə satılan qəhvə - Foto

Rekord məbləğə satılan qəhvə - Foto
1194 dəfə oxunub
  • A-
  • A
  • A+

Dubayda yerləşən "Roasters" şəbəkəsi dünyanın ən bahalı qəhvəsinin satışına görə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Axşam.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

Qəhvə "pour-over" (qaynar suyun qəhvə dənələrinin üstünə tökülməsi) üsulu ilə dəmlənib və əllə hazırlanmış, unikal kristal stəkanda təqdim olunub. Bu içkinin dəyəri isə 670 dollar təşkil edib.

İçki üçün Panamada yerləşən "Hacienda La Esmeralda" plantasiyasından əldə olunan, nadir və yüksək keyfiyyətli "Geisha" növü qəhvə dənələri istifadə olunub. Bu dənələr mürəkkəb çiçək, meyvə və sitrus notları ilə tanınır.