Ssenaristə şərt qoydu

Ssenaristə şərt qoydu
10702 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ülviyyə Xəlilbəyova yeni mövsümdə "Xəyanət" serialına qayıdıb.

Axşam.az xəbər verir ki, aktrisa bu haqda "İncə səhər" proqramında danışıb. O bildirib ki, ssenaristlə şərt kəsib və ondan sonra ekran işinə qayıtmağa razılıq verib:

"Hər zaman beynimdə bununla bağlı sual işarəsi var idi. Hər şey ssenaristdın asılı idi. Hər zaman deyirdim Dilarəni (serialdakı obrazı - red.) dəyiş. Çox düşür Gərayın (serialdakı baş rol qəhrəmanı - red.) arxasınca. Söz verdilər ki, dəyişəcəklər. Mən də qayıtdım. Hələ ki, yaxşıdır. Sona kimi belə getsə, ssenaristə hədiyyə verəcəyəm".