"Məni ölüm həddinə çatdırdılar" - Video

"Məni ölüm həddinə çatdırdılar" - Video
695 dəfə oxunub
  • A-
  • A
  • A+

"Psixoloji travmalar yaşadım. İki ay başıma elə oyunlar gətirdilər ki... Ayıldım ki özümü bədbəxt edirəm: fikirlər, depressiyalar, ölüm həddinə çatdırmaq. Səidə Sultan məni bu durumdan çıxartmasaydı, indi Kərim yox idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Günə uğurla" proqramında deyib. Sənətçi yaşadığı depressiyadan danışıb. O bildirib ki, intihar həddinə çatıb:

"Elə depressiyada idim ki, dərman atırdım yatım gün keçsin. Yatırdım ki, bu gün bitsin, sabah olsun. Ölkədən getdim, 1 ay Türkiyədə yaşadım. Sonra düşündüm ki, təmiz ola-ola nə edirsən? Kim necə istəyir elə də qəbul etsin".

Ruhi əsəb Dispanserində yatdığını deyən Kərim "Şükür, indi həmin insanlar həbs olunub. Məni bu vəziyyətə çatdırdılar ki, haqlı ola-ola haqsız duruma düşdüm. Bir kişi olaraq qalırsan kənarda ki, necə edim?" sözlərini əlavə edib.