Həyat yoldaşının saçını qırxan şəxs saxlanıldı - Foto

Həyat yoldaşının saçını qırxan şəxs saxlanıldı - Foto
5521 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Axşam.az-ın məlumatına görə, həmin görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:

“Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həmin kişi qadının saçlarını zorla qırxaraq həmin anları mobil telefonla çəkib.