Boşanacaqları deyilirdi, evliliklərinin 25-ci ilidir

Boşanacaqları deyilirdi, evliliklərinin 25-ci ilidir
3915 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur cütlük Ketrin Zeta Cons və Maykl Duqlas evliliyinin 25 illiyini qeyd edir.

Axşam.az xəbər verir ki, yubiley münasibətilə 56 yaşlı aktrisa sosial media hesabında həyat yoldaşı birlikdə çəkildiyi nadir arxiv fotolarını paylaşaraq bunları yazıb:

"25 il əvvəl dəhlizlə aşağı addımladım. Çiçəklərin məstedici ətri, şamların parıltısı, ucalan Uels xorunun ahəngi və sən… Uzun bir yolun sonunda məni gözləyirdin, məni yalnız sən görə bilərdin. Bu gün də səni o vaxtkı kimi sevirəm. Təşəkkür edirəm, əzizim."

Qeyd edək ki, Ketrin və Maykl 2000-ci ildə ailə qurublar və Hollivudun ən möhkəm ailələrindən biri kimi tanınırlar. Lakin bu ilin ortalarında onların boşanacağı ilə bağlı şayiələr yayılmışdı.