Gizlincə dördüncü dəfə evlənib

Gizlincə dördüncü dəfə evlənib
656 dəfə oxunub
  • A-
  • A
  • A+

51 yaşlı rusiyalı aktyor Marat Başarov dördüncü dəfə ailə həyatı qurduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, o, iki il əvvəl aktrisa Anastasiya Borisova ilə gizli şəkildə evləndiklərini bildirib.

“Biz artıq iki ildir evliyik” deyə, Marat jurnalistlərə açıqlamasında qeyd edib.

Xatırladaq ki, Marat Başarovun həyat yoldaşı özündən 13 yaş kiçikdir. Borisova “Sklifosovski”, “Qluxar”, “Bir gün sevgi olacaq”, “Kulaqin və partnyorları” kimi seriallarda əsasən epizodik rollarda çəkilib, buna görə də tamaşaçılar arasında geniş tanınmır.