Dilarə Əliyeva məşhur “Harpers Bazaar”da - Fotolar

Dilarə Əliyeva məşhur “Harpers Bazaar”da - Fotolar
2120 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva məşhur “Harpers Bazaar” jurnalının İsveç buraxılışının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, aktrisa dərginin əməkdaşları ilə Norveçdə görüşdüklərini bildirib.

"Gizli saxladım ki, sürpriz olsun" deyə, D.Əliyeva əlavə edib.

"Azərbaycanın Əməkdar artisti emosiyanı sənətə necə çevirir" başlıqlı müsahibədə D.Əliyevanın teatr, aparıcılıq sənətindən bəhs edilib. Aktrisa komediya və dramın fərqlərindən, həmçinin süni intellektin incəsənətə təsirindən danışıb. O bildirib ki, komediya “insanın dərdini gülərək danışmaq sənətidir” və bunun üçün müşahidə, dəqiqlik və zəkaya ehtiyac var.