Almaniyada yaşayan Pumukel adlı at dünyanın ən kiçik atı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Axşam.az xəbər verir ki, onun çiyin hündürlüyü cəmi 52,6 santimetrdir.
Atın sahibi bildirib ki, Pumukel xüsusi olaraq yetişdirilməyib, onun balaca olması təbiətin maraqlı bir təsadüfüdür. Miniatür at Almaniyada bir fermada yaşayır və terapiya məqsədilə istifadə olunur. O, mütəmadi olaraq qocalar evlərinə, hospislərə, məktəblərə və əlillər üçün müəssisələrə aparılır.
Sahibinin sözlərinə görə, Pumukel çox mehriban xarakterə malikdir, uşaqlarla gözəl yola gedir və ona əl gəzdirməyi, qucaqlamağı çox sevir.