Binadakı yanğın söndürüldü - Fotolar+Yenilənib

Binadakı yanğın söndürüldü - Fotolar+Yenilənib
1909 dəfə oxunub
  • A-
  • A
  • A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Axşam.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

“Qafqazinfo”nun məlumatına görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəlləyir. Bina sakinləri hamısı təxliyə edilib.

***

DİN-dən verilən məlumata görə, Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Hadisə yerində insanların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürənlərin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində operativ tədbirlər görülür.

***

Hadisə binanın elektrik xəttindəki nasazlıq səbəbindən baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb.

***

Çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.