Ayrıldıqları deyilən cütlük obyektivlərə tuş gəldi

Ayrıldıqları deyilən cütlük obyektivlərə tuş gəldi
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Meqan Foks və 34 yaşlı reper Maşın Qan Kelli yenidən birlikdə görüntüləniblər.

Axşam.az xəbər verir ki, onlar körpə qızları Saqa ilə birlikdə görüntüləniblər. Düz bir il əvvəl ayrılmaq qərarına gələn gənc valideynlər Milad şousuna qatılıblar. "Daily Mail"in yazdığına görə onlar xoşbəxt görünüblər.

Kelli qızlarını qucağında tutub, Meqan isə onun yanında gəzib.

Qeyd edək ki, Saqa cütlüyün ayrılmasının 2024-cü ilin noyabrında elan edilməsindən cəmi dörd ay sonra, martda anadan olub. Bildirilib ki, Meqan musiqiçinin digər qadınlara mesaj yazmasını tutub.