Dünyaca məşhur “Chanel” brendi "Métiers d’art" şousuna maraqlı təqdimat hazırlayıb.
Axşam.az xəbər verir ki, brend bunun üçün Nyu-Yorkun tərk edilmiş Boueri metrostansiyasını podiuma çevirib.
Modellər yeni kolleksiyadan olan geyimləri geyinərək stansiyaya düşüb, qatar və stansiyada yeriyərək kolleksiyanı təqdim ediblər.
Tədbirdə "Chanel" brendinin səfiri, məşhur aktrisa Kristen Stüart da yer alıb. O bildirib ki, bu ideya filmə bənzəyib və çox maraqlı alınıb.
Matyo Blezinin bədii rəhbər kimi hazırladığı kolleksiya moda dünyasında böyük maraq doğurub. Kolleksiyada "tweed" kostyumlar, əl işləri olan paltarlar, eləcə də klassik “Chanel” çantalarının yenilənmiş versiyaları yer alıb.
Qeyd edək ki, “Métiers d’art” şousu hər il dekabr ayında keçirilir.