Ziyafətə II Elizabetin tacı ilə qatıldı - Fotolar

Ziyafətə II Elizabetin tacı ilə qatıldı - Fotolar
836 dəfə oxunub
  • A-
  • A
  • A+

Vindsor qəsrində Almaniya prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Budenbenderin şərəfinə dövlət ziyafəti keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə dövlət başçıları, kral ailəsinin üzvləri və digər qonaqlar, o cümlədən Böyük Britaniya Kralı III Çarlz, Kraliça Kamilla, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton, şahzadə Anna, supermodel Klaudiya Şiffer və digərləri iştirak ediblər.

43 yaşlı Middlton ziyafətə Jenny Packham imzalı parıltılı paltarda və nadir "Oriental Circlet" tiarası ilə qatılıb. Kraliça Viktoriyaya məxsus olan bu tac 1853-cü ildə hazırlanıb və brilyantlarla, həmçinin Muğal üslubunda işlənmiş qırmızı daşlarla bəzədilib. Bu zinət əşyasını mərhum Kraliça II Elizabet son dəfə 2005-ci ildə Maltaya səfəri zamanı taxmışdı.