Dünyaca məşhur müğənni Keti Perri Yeni ili sevgilisi, Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə birgə kəçirib.
Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında bununla bağlı paylaşım edib. Onların yanında Perrinin qızı Deyzi də olub.
Qeyd edək ki, Keti Perri aktyor Orlando Blum ilə uzunmüddətli münasibətinə son qoyub. Məşhur cütlüyün bir qızı var. Kanadanın baş naziri Castin Trüdo 2023-cü ildə 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdodan ayrılıb və onun şəxsi həyatı o zamanlar ölkəsində ən çox müzakirə edilən mövzuya çevrilib.
