Məşhur müğənni təyyarə qəzasında həlak oldu

Məşhur müğənni təyyarə qəzasında həlak oldu
2827 dəfə oxunub
  • A-
  • A
  • A+

Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur kolumbiyalı 34 yaşlı müğənni Yeison Ximenes də daxil olmaqla, altı nəfər həlak olub.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Hadisə 10 yanvar tarixində yerli vaxtla təxminən saat 16:00-dabaş verib. Qəza zamanı pilot, kapitan Fernando Torres Rohas da həlak olub.

Bildirir ki, qəza təyyarənin Paypa hava limanından qalxmasından qısa müddət sonra baş verib.

Qeyd edək ki, Yeison Ximenes "Aventurero" və "Tenias Razon" mahnıları ilə məşhurlaşıb..