Türkiyəli aktyor Doğukan Güngörün narkotiklə bağlı istintaqda verdiyi ifadə üzə çıxıb.
Axşam.az xəbər verir ki, aktyor narkotikdən istifadə etdiyini etiraf edib:
"Narkotik maddə istifadə etdiyimi qəbul edirəm. Buna görə peşmanam. Bir daha heç vaxt istifadə etməyəcəyəm. Xaricdə narkotikdən istifadənin sərbəst olduğunu düşünürdüm. Həmçinin qeyd etmək istəyirəm ki, heç kimə narkotik maddə satmamışam və ya təklif etməmişəm. Narkotik olan partilərdə iştirak etməmişəm".
Qeyd edək ki, Türkiyədə məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində saxlanılan Doğukan daha sonra sərbəst buraxılıb.
29 yaşlı Doğukan “Kızılcık şerbeti” serialının baş rollarından birini - "Fatih Ünal"ı oynayır.