Səhhəti pisləşən türkiyəli aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, aktyorun qardaşı Umut Özkan mövzu ilə bağlı açıqlama yayıb.
O, bildirib ki, bir müddətdir qaraciyər çatışmazlığı və sirroz diaqnozu ilə müalicə alan aktyora orqan köçürülməlidir. Hazırda uyğun donor axtarışı aparılır.
Qeyd edək ki, Ufuk 2022-ci ilin avqustunda həyat yoldaşı Nazan Günəşdən boşanıb. İkilinin bir oğlu var. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.