Oktay Kaynarca da saxlanıldı

Oktay Kaynarca da saxlanıldı
825 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Oktay Kaynarca saxlanılıb.

Axşam.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya yer aldığı açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl də bir neçə məşhur sima narkotik istifadəçisi olma ehtimalı ilə saxlanılıb və qanlarından analiz götürülüb. Onların əksəriyyətinin test cavabları müsbət çıxıb.