Milyarder İlon Mask, bloger Eşli Sent-Kleyrdən olan bir yaşlı oğlu Romulus üzərində tam qəyyumluq almağa çalışır.
Axşam.az xəbər verir ki, Mask bu barədə ötən gün "X" (keçmiş tviter) sosial şəbəkəsində açıqlama yayıb. Milyarder buna səbəb kimi keçmiş sevgilisinin transgender mövzusu ilə bağlı səsləndirdiyi fikirləri göstərib.
"Bu gün tam qəyyumluq üçün məhkəməyə müraciət edəcəyəm. Onun açıqlamaları bir yaşlı oğlunun cinsiyyət kimliyi ilə bağlı ciddi narahatlıqlar yaradır" deyə, Mask paylaşımında yazıb.
Milyarder bu sözləri oğlu Romulusa aid edib.
Hazırda 27 yaşlı Eşli Sent-Kleyrin hansı açıqlamalarının Mask tərəfindən nəzərdə tutulduğu tam aydın deyil. Lakin ötən həftəsonu Sent-Kleyr sosial şəbəkələrdə paylaşım edərək, keçmişdə ona ünvanlanan "açıq-aşkar transfobik davranışlar" ittihamlarından sonra transgender icmasından üzr istəyib.