Avropa İttifaqı (Aİ) reper Timatiyə (əsl adı Timur Yunusov) qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, bu barədə "EUobserver" nəşri məlumat yayıb.
Bildirilir ki, birlik musiqiçini 20-ci sanksiya paketinə daxil etməyi planlaşdırır.
Bundan əlavə, Aİ-nin Ermitaj Muzeyinin baş direktoru Mixail Piotrovski və Mariupol Dram Teatrının baş direktoru İqor Soloninə qarşı da məhdudiyyətlər tətbiq etmək niyyətində olduğu qeyd olunur.