Final qərarından sonra Türkiyədən köçür

Final qərarından sonra Türkiyədən köçür
7718 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hilal Altınbilek Londona köçməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, bu barədə Gel Konuşalım proqramında məlumat verilib.

Onun baş rolda çəkildiyi “Sahtekarlar” serialı ilə bağlı final qərarı verildikdən sonra aktrisanın İngiltərəyə köçmək qərarı verdiyi bildirilib. Məlumata görə, aktrisa artıq London şəhərində kirayə ev tutub.

Bildirilir ki, Altınbilek serialdakı son səhnəsinə çəkildikdən sonra İngiltərəyə yollanacaq. Onun Londonda yaşayacağı və yalnız yeni layihələr üçün Türkiyəyə qayıdacağı deyilir.