"Onunla hər gün 10 dəfə evlənərəm"

"Onunla hər gün 10 dəfə evlənərəm"
991 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Mehmet Günsür "İbrahim Selim ile bu gece" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, aktyor özündən 5 yaş böyük Katerina Monqio barəsində sualları cavablayıb. O, "Quqlda 2-ci sırada yer alan, Mehmet hələ də evlidir" sualına belə reaksiya verib:

"Bəli, hələ də evliyəm. Evliliyimizin bu il 20-ci ili tamam olacaq. Hər gün təkrar 10 dəfə onunla evlənərəm. Çox şanslıyam ki, onu tapdım".

Qeyd edək ki, cütlüyün 3 övladı var. Mehmet "Möhtəşəm yüz il" serialında canlandırdığı "Mustafa" obrazı ilə məşhurlaşıb. O, hazırda "Kıskanmak" serialında çəkilir.