Türkiyədə siqaretin satışına qadağa qoyula bilər

Türkiyədə siqaretin satışına qadağa qoyula bilər
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, 2040-cı ildən etibarən bütün tütün və siqaret məhsullarının tam qadağan edilməsi nəzərdə tutulur.

Axşam.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, layihə qəbul olunarsa, 1 yanvar 2040-cı ildən etibarən tütün məhsullarının istehsalçıları, idxalçıları və satıcıları 1–5 milyon türk lirəsi (təxminən 20–110 min ABŞ dolları) arasında cərimələnəcək. Eyni zamanda istehlakçılar üçün də məsuliyyət tədbirləri tətbiq olunacaq.

Qadağa yalnız ənənəvi siqaretləri deyil, həm də elektron siqaretləri, tütünün qızdırıldığı cihazları və tərkibində orqanik və ya sintetik nikotin olan bütün məhsulları əhatə edəcək. Bundan əlavə, tərkibində tütün olmasa belə siqareti təqlid edən məhsullar da qadağan ediləcək.