Hülya Avşar aparıcı Acun Ilıcalıya aid acunn.com saytında qiyamət gününün əlamətləri haqda yazaraq hər kəsi güldürüb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni hansı hadisələrin qiyamət gününə işarə olacağı haqda belə yazıb:
1.Baş nazir Rəcəp Tayyip Ərdoğan “hər ailəyə bir uçaq yetər” deyərsə
2. CHP-nin rəhbərliyində yalnız iqtidar təmsil olunarsa
3. Mehmet Ali Birand heç bir səhv etmədən xəbər təqdim edərsə
4. Levent Kırca danışdığı mətləblərin onu gülünc duruma saldığını anlayarsa
5. Kaya nə vaxtsa bir arvadlılığı müdafiə edərsə
6. Putin və Berluskoni siyasətdən əl çəkərsə
7. Beyaz evlənərsə
8. Acun qısa qollu, idman stilli geyimindən imtina edərsə
9. Qadına qarşı şiddətə son qoyularsa
10. Mən “ən gözələm” deməkdən vaz keçsəm
Nigar MƏHƏRRƏM