Rozadan ad günündə "Gangnam style" (Foto)

Rozadan ad günündə "Gangnam style" (Foto)
3336 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, pərəstişkarları sənətçiyə yerli restoranların birində sevinc dolu anlar yaşadıb.

Belə ki, müğənninin sevənləri onu ifa etdiyi, Nadir Əzimovun bəstəsi olan «Dünya» adlı mahnı ilə qarşılayıblar.

Daha sonra tort kəsilib və pərəstişkarları sənətçi ilə məşhur «Gangnam style» mahnısı altında rəqs ediblər.

Gecənin ən gözlənilməz anı isə müğənninin prodüseri Mehri Əliquliyevanın aşıq geyimində sənətçiyə təriflər yağdırması olub.

Yeni yaşı münasibətilə müğənniyə hədiyyələr də bağışlanılıb.