Məşhur aktyorlardan lətifələr - 1 Aprel

Məşhur aktyorlardan lətifələr -  1 Aprel
3436 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 1 Aprel Gülüş günü münasibətilə aktyor Fərda Xudaverdiyev, Elməddin Cəfərov, aktrisa Ülviyyə Əliyeva və Xəyalə Quliyeva Axşam.az saytına sevdikləri lətifələri danışıb.

Aktrisa Ülviyyə Əliyeva

“18 yaşlı qıza elçi gəlirlər. Anası qıza bu barədə deyəndə, o, tez xəbər alır: “Soruş oğlan qəşəngdi?”.
25 yaşlı qıza elçi gələndə tez soruşur: “Evi, maşını, pulu var?”.
35 yaşındakı qıza elçi gəlirlər, soruşur: “Hanı? Hanı?”.

Aktyor Fərda Xudaverdiyev

“Yaddaşında problem olan bir nəfər həkimə gedir.
Həkim soruşur: “Yaddaşını nə vaxt itirmisən?”.
Oğlan təəccüblə: “Nəyi nə vaxt itirmişəm?”.

Bir salyanlı dörd il Türkiyədə yaşayıb, rayona qayıdır. Kəndin çayxanasına gəlir və salamlaşır: “Nasılsız ua”...

Aktyor Elməddin Cəfərov

1. Bir gün eşşək digər uzunqulağa şikayət edir: “Niyə hamı bir-birinə əsəbiləşəndə “eşşək” deyir?”.

Çox əsəbiləşən eşşək başlayır qışqırmağa: “Bu insanlar çox eşşəkdir”.
Yanındakı uzunqulaq: “Əşi, əsəbiləşmə”.
Eşşək: “Əsəbiləşmirəm ey, sadəcə, onlar özlərini eşşəkliyə qoyublar”.

2. İki dost restoranda oturub nahar edir. Dostlardan biri acı bibəri dişləyir, gözündən yaş axır.

Yanındakı soruşur: “Niyə ağlayırsan?”.

Dost: “Heç, rəhmətlik bacım yadıma düşdü”.

Bir az keçir o biri dost acı bibəri yeyir. Onda da bu soruşur: “Sən niyə ağlayırsan?”

“Heç rəhmətlik bacın məni də ağlatdı”.

Aktrisa və aparıcı Xəyalə Quliyeva

1. Biri işə gecikir, müdirin otağına girib üzr istəyir: “Bağışlayın, yatıb qalmışam”.
Müdir təəccüblə: “Sən hələ evdə də yatırsan?”.

2. Kişi polisə gəlir: “Arvadım itib, onu tapın”.

Polis: “Arvadın necə görünür, təsvir et”.
Kişi: “Edərəm, amma onu tapandan sonra şəkli arvadıma göstərməyin”.