Aparıcı Nanə Ağamalıyevanın bu gün “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişindəki geyimi diqqət çəkib.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl aparıcının verilişinə qonaq olan müğənni Zamiqin geyindiyi koftanın eynisindən Nanədə də var.
“Mən sarı rəngi çox sevirəm. Bu koftanı Zamiqdə görəndə çox bəyənmişdim. O da xaricə gedəndə eynisindən birini də mənə alıb. Bu, mənim üçün əsl sürpriz oldu” deyə aparıcı bildirib.
Cütlüyün son vaxtlar tədbirlərə birgə qatılması və səmimi görüntüləri söz-söhbətlərə səbəb olub. Onlar isə bu isti münasibətin səbəbini hələ ki, gizli saxlayır.