Dünən “103.3 Araz FM”in yaranmasından iki il ötüb.
Axşam.az-ın məlumatına görə, radionun kollektivi ad günlərini təmtəraqlı şəkildə qeyd edib.
Bu münasibətlə şou-biznesin məşhur simaları xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, müğənni Elnarə, Rəşad İlyasov, Günay İbrahimli radioda aparıcı Səxavət Nurun qonaqları olub.
Axşam.az saytının kollektivi həmkarlarını ad günü münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.