Müğənni Rəhim Rəhimli “Lider” kanalında yayımlanacaq yeni şousunun hazırlıq işlərini tamamlayıb.
Axşam.az-ın məlumatına görə, “Rəhimli Show” adlanan verilişin ilk qonağı xalq artisti Faiq Ağayev olub.
Efir zamanı cütlüyün maraqlı canlı ifası təqdim olunacaq. Belə ki, verilişdə Rəhimin pianoda ifa etdiyi musiqini Faiq Ağayev oxuyub.