Rəhimin verilişində Səbinəyə sürpriz etdilər (Foto)

Rəhimin verilişində Səbinəyə sürpriz etdilər (Foto)
1401 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəhim Rəhimlinin yeni "Show Rəhimli" proqramının ilk çəkilişləri baş tutub.

Axşam.az-ın məlumatına görə, verilişin ilk buraxılışında qonaq “Eurovision” təmsilçimiz Səbinə Babayeva olub. Səbinənin çoxsaylı pərəstişkarlarını studiyaya yığan aparıcı qonağına gözlənilməz sürpriz edib. Belə ki verilişin gedişatında Rəhim studiyaya Səbinənin 11 yaşlı pərəstişkarı Rənanı çağırıb. Rənanın bu il “Eurovision”da ölkəmizi təmsil edən "When the music dies " mahnısını məharətlə ifa etməsi Səbinə və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra sevimli kumirinə çiçəklər təqdim edən balaca qızcığaz "Mənim ən böyük arzum bu gün gerçəkləşdi. Böyüyəndə də sizin kimi ifaçı olmaq istəyirəm” söyləyib.

Səbinə proqramda musiqisi Eminə məxsus "Oceans Away" mahnısını orijinal və remix versiyalarda ifa edib.

Qeyd edək ki, proqram bu gün, saat 22:00-da “Lider” TV-də yayımlanacaq.