Kimsəsiz uşaqları sevindirdilər (Fotolar)

Kimsəsiz uşaqları sevindirdilər  (Fotolar)
3978 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün kimsəsiz və əlil uşaqlarla bağlı xeyriyyə tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, “Z Mediaqrup” və “Bursa İsgəndər” kabab evi tərəfindən keçirilən mərasimə Suraxanı rayonundakı 7 saylı uşaq evinin sakinləri qatılıb.

Tədbirdə xalq artisti Flora Kərimova, əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənni Nüşabə Ələsgərli, bəstəkar Səadət Rəşidqızı və aktrisa Pərvin Abıyeva da iştirak edib.

Təşkilatçı Pərviz Əzimzadə bu tip xeyriyyə aksiyalarının təkcə paytaxtda deyil, bölgələrdə də davam edəcəyini bildirib.

Fotoqraf: Rəşad Abbasov