Aydan Salahovadan art-layihə

Aydan Salahovadan art-layihə
1256 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəssam, heykəltaraş, videorejisssor, qalereya sahibi Aydan Salahovanın növbəti art-layihəsi təqdim edilib.

Rusiya mətbuatına istinadən verdiyimiz məlumata görə, məşhur qalereyalar sahibi Valeriya Rodnyanskaya məxsus “Şaltay-Boltay” art-hədiyyələr mərkəzində Aydan Salahovanın “Fars miniatürləri” adlı qrafiki motivli seriyası altında ipək örpəklərin kolleksiyasının təqdimatı keçirilib.

Tədbirə bir çox məşhur rəssamlar da qatılıb.

Qeyd edək ki, bir müddət öncə azərbaycanlı rəssamın “İnterviewrussia.ru” saytında məşhur model Naomi Kempell ilə söhbəti Azərbaycanda müzakirələrə səbəb olmuşdu. Müsahibədə Aydan Salahovanın cəsarətli hesab edilə biləcək, yarıçılpaq şəkilləri dərc olunmuşdu.

Mənbə: qafqazinfo