Aysel otuz minlik "Ulduzlar"ını təqdim etdi

Aysel otuz minlik "Ulduzlar"ını təqdim etdi
2354 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə bu gün "Ulduzlar" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, sözləri Oktay Kamilə, musiqisi İlkin Həsənə aid olan "Ulduzlar" Istanbulda, türk rejissor tərəfindən lentə alınıb. Sənətçi klipin 30 min dollara başa gəldiyini deyib:

"Klipin rejissoru Teoman Topçudur. Bəzi müğənnilər Türkiyədə çəkdirdikləri klipə şişirdilmiş qiymət qoyurlar. Otuz min dollara normal klip çəkmək mümkündür. Bu günə kimi yerli rejissorlarımız arasında o qiymətə klip ərsəyə gətirən olmayıb. Süjet xətti olmasa da, ekran işinin yaxşı alındığına əminəm".

Aysel əcnəbi rejissora müraciət etmə səbəblərindən də danışıb:

"Yerli rejissorlarımızdan birinə müraciət etdim. Vaxtı olmadığını dedi. Ona görə də türk klipmeykerə üz tutdum".

Uzun müddətdir sənətinə ara verən müğənni bundan sonra tez-tez yeniliklər edəcəyinə söz verib.