Ötən il hərbi xidmətə yollanan müğənni Azad Şabanov məzuniyyətə gəlib. O, Axşam.az saytına açıqlamasında əsgərliyindən danışıb:
“Vətənə borcumu yerinə yetirirəm. Ən çox valideynlərim üçün darıxıram. Məzuniyyətə gələn kimi ilk işim sənətimlə bağlı yenilik etmək oldu. “Dostum” adlı mahnı yazdırdım. Sözləri mənə, musiqisi Tural Yusibova aiddir. Bu bəstəni bir dostuma həsr etmişəm. Əvvəl yaxın dost olsaq da, indi onu sevirəm. Amma bunu özünə etiraf etməyəcəm. Belə daha yaxşıdır. Əsgərlikdə çoxlu mahnı sözləri yazmışam”.
Qeyd edək ki, Azad oktyabr ayında hərbi xidmətini başa vuracaq.
Zəhra Əhmədova