Xalq artisti Aygün Kazımova və müğənni Elton Hüseynəliyev ATV kanalının "Gündəlik" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, Mətanət Əliverdiyevanın aparıcılığı ilə keçən proqram maraqlı məqamlarla yadda qalıb. Aygün yeni mahnısı "Səni belə sevmədilər"in oxuduqdan sonra Eltonla olan duetlərini də səsləndirib. Veriliş müğənnilərin canlı ifasıyla davam edib.
Sonda Mətanət Əliverdiyeva vaxtın azlığını əsas gətirərək xalq artistindən qısa parça səsləndirməsini istəyib. Aygün Kazımova da öz növbəsində "Cip cip cücələrim"i oxuyub.