Səmra "Sarı Gəlin"i, Tamara "Sən gəlməz oldun"u oxudu - video

Səmra "Sarı Gəlin"i, Tamara "Sən gəlməz oldun"u oxudu - video
4421 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə"nin "Birə bir" mərhələsinin növbəti günündə azərbaycanlı Səmra Rəhimli çıxış edib.

Axşam.az-ın xəbərinə görə, keçən tur "Lady Marmalade" mahnısıyla qalib gələn Səmra bu dəfə Beyonsun repertuarından "Sweet dreams" mahnsını oxuyub.

Komanda yoldaşı Zeynəblə səhnəyə çıxan həmyerlimiz Hadisənin seçimiylə cütlüyün uduzan tərəfi olub.

Lakin qaydalara əsasən uduzan ifaçı yenidən jürilərin seçimiylə yarışmada qalmaq şansı qazanır. Səmranı bu dəfə müğənnilər Gökhan, Ebru Gündeş öz komandasında görmək istəyib. O, yarışmaya Gökhanla davam etmək istədiyini deyib. Seçim anında S.Rəhimli "Sarı Gəlin" mahnısını da oxuyub.





Eyni gündə Gökhanın yarışmaçısı olan Tamara Muradova səhnəyə çıxıb. O, Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını səsləndirib. Lakin azərbaycanlı xanəndə yarışmanı tərk edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.